Leonora Kerinqtn – İtkin Sürrealist – 2

Bundan təxminən bir ay öncə “Daha incəsənət…” şüarı ilə qoyulduğum bu yolda başlıca məqsədim incəsənət, xüsusilə də, rəngkarlıq dünyasının barələrində Vinsent Van Qoq, Pablo Pikasso, Pol Qogen, Frida Kahlo və s. qədər danışılmayan, halbuki ən az adlarını sadaladığım şəxsiyyətlər qədər əsrarəngiz yaradıcılığa sahib olan isimlərini gün üzünə çıxarmaqdır. Elə bu məqsədlə də yayımladığım ilk məqaləmi sürrealizm dünyasının Salvador Dali qədər yaradıcı, lakin haqqında elə də çox bəhs edilməyən dahi xanımı – Leonora Kerinqtnın həyatına həsr etdim…

Oxumağa davam et “Leonora Kerinqtn – İtkin Sürrealist – 2”

Dalidən daha sürrealist

Ölümündən sonra “Novedades” incəsənət tənqidçiləri onu “Meksika incəsənətinin ən fərdi və fövqəladə rəssamlarından biri” adlandırmışdır, yaradıcılığına nəzər yetirdikdən sonra belə bir nəticəyə gəldim ki, Remedios Varo təkcə Meksika incəsənətinin deyil, kainatın ən fərdi və fövqəladə rəssamlarından biri, bəlkə də birincisidir.

Bu məqaləmdə sizə rəssam və onun həyatı haqqında uzun-uzadı bəhs etməyəcəyəm, çünki Varonun özünün də söyləmiş olduğu kimi:

Oxumağa davam et “Dalidən daha sürrealist”

Maks Ernst və 7 möcüzəsi

“Yaşamın içində mövcud olan materiallar vasitəsilə var olmayan, mücərrəd şeyləri təsvir edən sürrealist”
Dilimizdə “sanki əyninə biçilmişdir” deyə bir ifadə vardır. Yuxarıda qeyd etdiklərim sözün həqiqi anlamında bu məqaləmdə sizə təqdim edəcəyim şəxsin “sanki əyninə biçilmişdir” desəm, yanılmış olmaram…

Oxumağa davam et “Maks Ernst və 7 möcüzəsi”

Leonora Kerinqtn – İtkin Sürrealist

“O, əsas yerdə magik məxluqlar və heyvanların durduğu mistik dünyalar yaradırdı. Bu dünyalarda kobralar keçilərə, kor qarğalar isə ağaclara çevrilirdi. Bu obrazlar görünənlərin çərçivəsindən kənara çıxmağa çalışan əqlin məhsulu idi”…
Belə bir deyim var: “Bəzi insanlar incəsənəti başa düşür, bəziləri hiss edir, bəziləri isə həm başa düşür, həm də hiss edir”. Bu məqaləmdə sizə təqdim edəcəyim şəxs də, incəsənəti anlamaqla yanaşı, onu hiss edənlərdən biri olmuşdur.

Oxumağa davam et “Leonora Kerinqtn – İtkin Sürrealist”